Çexiya Futbol Assosiasiyası milliyə müvəqqəti baş məşqçi təyin edib.


Rekord.az xəbər verir ki, yığma Yaroslav Kestlə tapşırılıb.


Mütəxəssis Çexiya millisini noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 4 gün sonra Cəbəllütariqlə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa hazırlayacaq.


Komanda hazırda 13 xalla L qrupunda ikinci yerdədir.


Yaroslav Kestl daha əvvəl Çexiya millisinin baş məşqçisi vəzifəsində çalışmış İvan Haşekin köməkçilərindən biri olub.