
“Rəqib komandaya zəif olmadığımızı sübut etməyə çalışdıq”
- 22 Okt 2025 22:19
- 43
"Abşeron Lions" komandası Polşa təmsilçisi "Trefl"ə zəif rəqib olmadığını sübut etməyə çalışıb.
Rekord.az xəbər verir ki, bunu "Abşeron Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda "Trefl"ə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Oyuna yaxşı hazırlaşmışdıq. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan oyunumuzu düzəltdik. Müdafiədə bəsit səhvlərə yol verirdik. Çox güclü komandaya qarşı oynayırdıq. Zəif rəqib olmadığımızı onlara göstərməyə çalışdıq. Məncə, bu, müəyyən qədər bizdə alındı. Matç ərzində 2-3 dəfə şans üçlüyü atdılar. Digər tərəfdən, bəsit səhvlər qələbəmizə mane oldu. Rəqibin heyətində milli komanda oyunçuları var".
"Abşeron Lions" - "Trefl" matçı polşalıların 99:96 hesablı qələbəsi ilə bitib.