
“Neftçi” FIBA Avropa Kubokunda tarixi qələbə qazandı”
- 21 Okt 2025 23:30
- 36
"Neftçi" FIBA Avropa Kubokunda tarixi qələbə qazanıb.
Rekord.az xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Vitali Stepanovski mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Estoniya təmsilçisi "Kalev"ə qalib gəldikləri FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bütün azarkeşləri və hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, "Neftçi" Azərbaycanı FIBA Avropa Kuboku matçında çox gözəl təmsil etdi. Bu, "Neftçi" üçün tarixi bir qələbədir. Biz Polşada "Trefl" komandasına qarşı da yaxşı oynamışdıq. Bu matçda da ilk və son 3 dəqiqəni çox yaxşı keçirdik, xarakter göstərdik. Elə oldu ki, sonda 11 xal önə çıxdıq".
"Neftçi" - "Kalev" matçı Bakı klubunun 95:84 hesablı qələbəsi ilə bitib.