Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirinə start verilib.


Rekord.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə ilk oyunlarını keçirib.


İlk matçda komanda yerli “Rizespor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın heyətində Səhlab Məmmədov fərqlənib.


“Sabah” növbəti qarşılaşmasında “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Arda Fərəmuzov vurub.  


Baş məşqçi Emin Salmanovun çalışdırdığı kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb. Komanda bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. “Sabah”ın hər üç qoluna Arda Fərəmuzov imza atıb.


Üç oyundan sonra “Sabah”ın hesabında altı xal var.