"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan "Çelye" klubu futbolçusu Nikita Yusifovla müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Anlaşmaya əsasən, 24 yaşlı rusiyalı vinger 2026-cı ilin yayınadək komandanın formasını geyinəcək.


Qeyd edək ki, "Sabah" və "Çelye" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.