“Sabah”ın futbolçuları - Aaron Maluda, Rəhman Daşdəmirov, Coy-Lens Mikels və İqor Noqeyra Şüvəlanda klubun və yerli sakinlərin birgə zəhməti nəticəsində salınmış meydançada uşaqlarla görüşüblər.


Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.


Futbolçular azyaşlılarla söhbət edib, onlarla futbol oynayıb və müxtəlif hədiyyələr veriblər.