"Sabah"ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək “Sabah” birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.


Bu mərhələnin ilk oyunları 24 iyul, cavab görüşləri isə 31 iyul tarixində təşkil olunacaq. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.


“Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq.