Son günlər dolaan söhbətlərdən biri də "Sabah"ın futbolusu Elvin Camalovun Polşanın "Poqon" klubuna keçidi ilə bağlıdır. Hətta onun yayda sözügedən klubla müqavilə bağlayacağı da iddia olunur.

Rekord.az məsələ ilə bağlı Masazır təmsilçisinin mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb.

Həmidovun məsələyə münasibəti belə oldu: "Bu söhbətlər hələ bir müddət bundan öncə də var idi. Elvinin hansı klubların maraq dairəsində, transfer siyahısında olması haqda bir sö deyə bilmərəm. Amma onu deyə bilərə ki, Elvinlə bağlı heç bir klubdan bizə rəsmi müraciət daxil olmayıb. Futbolçunun özünün də "Sabah"la müqaviləsi var".