“Sabah” futbolçusu Şakir Seyidovla yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.


Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.