
“Sabah” yaxşı təşkilatlanmış rəqibdir” - Bəhlul Mustafazadə
- 29 May 2025 14:30
- 58
"Sabah" yaxşı təşkilatlanmış rəqibdir”.
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında deyib.
Müdafiəçi "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizi çox yaxşı final görüşü gözləyir. Titullarımızın sayını artırmaq istəyirik". (Report)
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.