Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə "Gəncə" ilə qarşılaşan "Sabah" qələbə qazanıb.


Bakı İdman Sarayında baş tutan matç "bayquşlar"ın 96:67 hesablı üstünlüyü ilə bitib.


Yarımfinal mərhələsinin digər görüşündə sabah "Abşeron Lions" və "Neftçi" komandaları münasibətləri aydınlaşdıracaqlar. İki qələbəyə çatan tərəf finala yüksələcək.