
Sabah Region Liqasının püşkü atılacaq
- 17 Okt 2022 20:20
- 415
Sabah - oktyabrın 18-də AFFA-nın inzibati binasında AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün püşkü atılacaq.
Rekord.az xəbər verir ki, tədbir saat 15:00-da təşkil olunacaq.
Xatırladaq ki, AFFA Region Liqasının 2022/23-cü illər mövsümündə 38 komanda mübarizə aparacaq. Əvvəlki mövsümlərdə iştirak edən 26 komandaya cari mövsümdən daha 12 komanda qoşulacaq.