
“Sabah” finalda “Neftçi”yə rəqib oldu
- 08 İyn 2025 21:33
- 59
U-13 Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, "Sabah" bu mərhələdə "Turan Tovuz"la qarşılaşıb.
“Sabah” hər iki oyunda qalib gələrək (2:1 və 7:0), finala vəsiqə qazanıb.
Həlledici oyunda "Sabah" və "Neftçi" qarşılaşacaq. Matç iyunun 12-də baş tutacaq.
U-13 Liqası
Yarımfinal, ilk oyun
Turan Tovuz - Sabah 1:2
Qollar: Hüseyn Musayev (2)
Yarımfinal, cavab oyunu
Sabah - Turan Tovuz 7:0
Qollar: Hüseyn Musayev (4), Yusif Ağayev (2), Amal Şıxkərimzadə.