
“Sabah” - “Beşiktaş” matçının hakimləri bəlli oldu
- 12 May 2023 12:42
- 445
"Sabah"la "Beşiktaş" arasında baş tutacaq xeyriyyə oyununun hakim təyinatları bəlli olub.
Rekord.az xəbər verir ki, qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq.
Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami, eləcə də dördüncü hakim İnqilab Məmmədov kömək edəcəklər.
"Sabah" - "Beşiktaş" matçı mayın 13-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.