Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/25 mövsümünə yekun vurulub.

Rekord.az xəbər verir ki, mövsümün sonuncu oyunu Sumqayıtda keçirilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuş final görüşündə “Qarabağ” “Sabah”la üz-üzə gəlib.

İnqilab Məmmədovun idarə etdiyi oyunda Ağdam klubu “qızıl dubl”a, paytaxt təmsilçisi isə ilkə imza atmağa çalışıb.

Xatırladaq ki, “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibi idi. Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir və ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq istəyirdilər. Tarixində ilk dəfə final həyəcanı yaşayan “Sabah” isə birinci titulunu əldə etməyə köklənmişdi.

120 dəqiqə davam edən və beş qolun qeydə alındığı oyunun yekununda sevinən tərəf "Sabah" olub. Bununla da paytaxt klubu tarixində ilk dəfə ölkə kubokunu qazanıb və avrokuboklara vəsiqə əldə edib.

Azərbaycan Kuboku
Final

31 may

“Qarabağ” – “Sabah” 2:3
Qollar: Kadi Borges, 45+1. Con İrasabal, 68-öz qapısına - Pavol Şafranko, 36-pen. Kahim Parris, 90+7. Tellur Mütəllimov, 120.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 17. Tellur Mütəllimov, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 4. Sofian Çakla, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.