“Sabah” “Astana” ilə yoxlama oyunları keçirəcək
- 19:00
- 35
“Sabah” basketbol komandası yoxlama oyunları keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırkı Azərbaycan çempionu Qazaxıstanın “Astana” komandası ilə iki oyunda üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.