Rza Cəfərov əldən çıxdı, "Qəbələ" yeni qapıçı axtarır
- 11:00
- 51
Ötən mövsümü icarə qaydasında "Qəbələ"də keçirən Rza Cəfərov mövsüm bitən kimi "Neftçi"nin düşərgəsinə geri döndü.
Rekord.az xəbər verir ki, hazırda məşqlərdə iştirak edən əlcək sahibi klubun Sloveniya toplanışına da aparılacaq.
Ümumiyyətlə, Yuri Vernidub ona əsas futbolçulardan biri gözü ilə baxır. Bu isə "Qəbələ"ni yeni qapıçı axtarmağa məcbur edib. Çünki bölgə klubu ümid edirdi ki, Rza "Neftçi"yə lazım olmaz, yenidən onu heyətinməı qatan. Lakin Vernidubun Rzaya ehtiyacı olduğu məlum olandan sonra "Qəbələ" yeni qapıçı axtarışına çıxıb.