Portuqaliyalı hücumçu Kristiano Ronaldo millinin heyətində qolların sayına görə dünya rekordu qırıb.


Rekord.az xəbər verir ki, o buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalındakı (2:2, 5:3 pen) qolu ilə nail olub.


Ronaldo millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib. Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.


Qeyd edək ki, Ronaldo Portuqaliya millisi ilə üçüncü kubokunu qazanıb. O, 2019-cu ildə Millətlər Liqasında da yarışıb, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub.


40 hücumçu həm də UEFA Millətlər Liqasının finalı tarixində ən yaşlı iştirakçısı olub. Ronaldo Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç (37 yaş 282 gün, 2023-cü ildə İspaniyaya qarşı matçda) və ispan müdafiəçi Xesus Navası (37 yaş 209 gün, eyni matçda) qabaqlayaraq meydana 40 yaşında (40 yaş 203 günlük) daxil olub.


Yarımfinalda Almaniya yığmasına 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi finalda İspaniya yığmasını məğlub edib. Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə portuqaliyalılar rəqibdən 5:3 hesabı ilə üstün olublar.