“Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldo açıqlama verib.

Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu özünə yaxşı baxdığını söyləyib:

“36 yaşda olmağıma baxmayaraq, özümə yaxşı baxıram. Özümün həkimiyəm, məşqçisiyəm. Düzgün şeyləri etsəz, daha yaxşı idmançı olarsız.

Gündə 20 dəqiqə günəşlənirəm və bunun mənim bədənimə çox faydalı olacağını bilirəm. Bütün gün günəşin altında qalsam, bu, zərərli ola bilər”.