Futbol üzrə İtaliya millisinin və “Roma”nın sabiq yarımmüdafiəçisi Damyano Tommazi Verona şəhərinin meri seçilib.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

48 yaşlı veteran futbolçu seçkilərin final mərhələsində 54.4 faiz səs toplayıb. Onun əsas rəqibi Federiko Zboriana isə 46,6 faiz səs yığa bilib.

Xatırladaq ki, Damyano Tommazi futbolçu karyerası dönəmində “Roma” ilə yanaşı, yetirməsi olduğu “Verona”, İspaniyanın “Levante”, İngiltərənin KPR, Çinin “Tianjin Teda” klublarında da çıxış edib. O, İtaliya yığmasında meydana çıxdığı 25 oyunda 2 qol vurub.