Paulo Dibalanın aqibəti məlum olub.

Rekord.az xəbər verir ki, “Roma”nın evdə “Leççe”ni 2:1 hesabı ilə məğlub etdiyi matçda onun penaltidən vurduğu qol paytaxt klubuna qələbə gətirmişdi.

Amma bu qələbə romalılara aparıcı oyunçularından birini itirmək bahasına başa gəlmişdi. Bud nahiyəsindən zədə alan argentinalı hücumçu geniş müayinədən keçib. Dibalanın təxminən 4-5 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Yeri gəlmişkən, Paulo bu mövsüm İtaliya çempionatında 8 oyuna 5 qol vurub.