"Qarabağ" Premyer Liqada növbəti qələbəsini "Sumqayıt" üzərində qazandı - 3:1.

Rekord.az xəbər verir ki, qarşılaşmadan sonra matçında 15-ci dəqiqəsində yaşanan epizod isə daha çox müzakirə olunmağa başlandı.

Belə ki, oyunun 16-cı dəqiqəsində meydan sahiblərin yarımmüdafiəçisi Filip Ozobiç qonaqların forvardı Almir Aqanspahiçə qarşı çox kobud hərəkətlə yadda qaldı.

Baş hakim Əliyar Ağayevdən hər kəs qırmızı vərəqə verməyi gözlədiyi anda VAR-a baxan referi yalnız sarı ilə kifayətlənməyi məsləhət bildi.

Futbol İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının üzvü Şaiq Qəribzadə də məlum epizoda reaksiya verənlər arasında olub.

O, öz sosila şəbəkə hesabında haqqında bəhs eydiyimiz epizodun videosun "Yazuz da, yazuz da" başlığı ilə paylaşıb.

Posta rəy yazanlar arasında Sumqayıın eyniadlı klubunun prezidenti Riad Rəfiyev də olub. O, baş hakimi ələ salaraq bu sözləri yazıb:

"Məncə, hakim burada simuliyasiyaya görə Aqanspahiçə qırmızı verməliydi".