"Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu yay karyerasını bitirməyi planlaşdırsa da böyük ehtimalla bu, baş verməyəcək.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi və yaxın dostu olan Qurban Qurbanovla məsləhətləşən Sadıqov 2021-ci ilin yayına kimi oynamaq istəyindədir.

Cari mövsümün sonunda məsələ tam dəqiqləşəcək.