Futbol üzrə İsveçrə çempionatında 11-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Qrasshopper” 11 turdan sonra 14 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.