"Region Liqası"nın yarımfinal mərhələsində "Qusar"a uduzaraq mübarizəni dayandıran "Füzuli" hazırda bütün diqqətini I Diviziona yönəldib.

Rekord.az xəbər verir ki, divizionda iştirak üçün AFFA-ya müraciət edən bölgə təmsilçisi federasiyadan müsbət cavab alacağına çox inanır.

Hətta aldığımız məlumata görə, "Füzuli" rəhbərliyi indidən əcnəbi futbolçu axtarışına da çıxıb. Minimum 3 legioner almağı düşünən Füzuli təmsilçisi indidən bunun axtarışına çıxıb.