Madrid “Real”ının yarımmüdafiəçisi Eden Hazard Belçika millisindəki karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə 31 yaşlı vinger “İnstagram” hesabında məlumat yayıb.

Belçika millisi Qətərdə keçirilən dünya çempionatında F qrupunu 4 xalla, üçüncü pillədə başa vuraraq, mundialla vidalaşıb.

Hazard 2008-ci ildən yığma komandanın formasını geyinirdi.

Belçika millisi AÇ-2024-ün seçmə mərhələsində Azərbaycanla birlikdə F qrupunda yer alıb.