
“Real”da mövsümün ən yaxşı oyunçusu açıqlandı
- 28 May 2025 20:30
- 76
"Real"da 2024/25 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsümün ən yaxşısı Kilian Mbappe seçilib. O, başa çatan mövsümdə La Liqada 34 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə verib. 26 yaşlı forvard çempionatın bombardiri olub.
Mbappe Çempionlar Liqasında da 14 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.