“Real”da daha bir itki
- 15:00
- 34
İspaniyanın "Real" klubu zədəli futbolçusu Dani Karvaxalın sağlamlıq vəziyyətini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.
Karvaxal oktyabrın sonundan yanvar ayınadək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabr ayınadək əzələ travmasından əziyyət çəkmişdi.
Xatırladaq ki, ispaniyalı oyunçu cari mövsüm "Real"ın heyətində ümumilikdə 20 matçda meydana çıxıb.