“Real” futbolçusu Xesus Valyexo ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


28 yaşlı müdafiəçinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.


Qeyd edək ki, Valyexo 2015-ci ildən “Real”da çıxış edirdi. Bu mövsüm La Liqada 4 oyuna çıxan futbolçu son 10 il ərzində  "Saraqosa", "Ayntraxt", "Vulverhempton" və "Qranada"da icarə əsasında çıxış edib..