"Liverpul"un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində "Real"a keçə bilər.

Rekord.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilib ki, "Benfika"nın hücumçusu Darvin Nunesin "Liverpul"a keçidindən sonra Mersisayd təmsilçisi misirli oyunçunu satmağa hazırdırl 70 milyon avroluq bir təklif olsa, klub bunu dəyərləndirəcək.

Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.