
Qvardiola narazıdı
- 18 Okt 2022 12:45
- 410
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Fil Fodenin “Liverpul”la matçda kobud oyuna görə ləğv edilən qolundan və hakimlikdən danışıb.
Rekord.az xəbər verir ki, o, bunları deyib:
“Hakim mənə oyuna necə davam etməli olduğumu deyirdi. Neçə milyon belə foul qeydə almayıb? Bilmirəm. Ancaq bura “Enfilddir”.
Ötən gün Premyer Liqanın 11-ci turu çərçivəsində “Liverpul” öz meydanında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edib.
“Mançester Siti” Premyer Liqada 10 oyundan sonra 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
“Liverpul” 9 oyundan sonra 13 xalla səkkizinci yerdədir. Növbəti turda MS evdə “Brayton”u, “Liverpul” isə “Vest Hem”i qəbul edəcək.