"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haalandın hələ də çətinliklərlə üzləşmədiyi barədə fikirlərini bildirib.

Rekord.az goal.com-a istinadən xəbər verir ki, o, norveçli oyunçu ilə bağlı deyib: "Erlinq çox çətin anlar yaşayacaq və belə anlarda o, öz-özünə deməlidir: "Yaxşı, növbəti mərhələyə keç". Onun xarakterinə, davranışına heyran qaldıq. Erlinqin hansı keyfiyyətlərə malik olduğunu bilirik, lakin onun çətin anları necə keçdiyini hələ bilmirik.

Erlinq heç vaxt oyundan kənarda qalmır. Həmişə davam edir. Müəyyən qabiliyyətlərə sahib olduqda və özünüzə inanırsınızsa, hər şey asanlaşır. Haaland həmişə ayıq-sayıqdır, o, lazımi anda, lazımi yerdə olmağa hazır olduğunu açıq şəkildə ifadə edir".

Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti" ilə bütün turnirlərdə 12 matçda 20 qol vurub, 3 qolun ötürməsini verib.