Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində mini-futbol üzrə yeniyetmələrin qış turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi futbol idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və yeniyetmələr arasında rayon yığma komandasına namizəd idmançıların müəyyən olunmasıdır.

Qobustan rayon UGİM-nin, şəhərin 1, 2 və 3 saylı tam orta məktəblərinin qatıldığı bu turnirdə 6 komanda olmaqla 90 idmançı iştirak etmişdir.

Sonuncu turda yarımqrupların qalibi olmuş “UGİM-2” (Sündü kənd tam orta məktəbi) A.Qayıblı adına tam orta məktəbinin “Qobustan-3” komandasına qalib gələrək 1-ci yeri tutmuşlar. Turnirin ötən ilki qalibi “UGİM-1” komandası (məşqçi Fərid Əzizov) 3-cü olmuşdur.

Turnirin qaliblərinə və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.