Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü" münasibətilə yeniyetmələr arasında futbol üzrə rayon turniri keçirilib

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və asudə vaxtın səmərəli təşkilidir.

6 komandanın iştirakı ilə keçirilmiş turnirdə “UGİM-1” və “UGİM-2” komandaları yarımqruplarda keçirdiyi oyunlarda qalib gələrək finalda qarşılaşıblar.
14 iyunda keçirilmiş final görüşündə “UGİM-1” komandası 2:1 hesabı ilə qalib gələrək I yeri tutub. III yer uğrunda mübarizədə Qobustan şəhər 3 saylı tam orta məktəbinin komandası 1 saylı tam orta məktəbinin komandasına 3:2 hesabı ilə qalib gəlib.
Turnirin qalib və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları təqdim olunub.