“Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun əvvəlki baş məşqçi Samir Abasovun dövründə gələn futbolçuların çoxunu bəyənməiyi haqda məlmat vermişdik.

 

Rekord.az xəbər verir ki bu futbolçulardan biri də Anastasios Papazoğludur.

 

Yunan futbolçunun hazırlıq səviyyəsi Həşimovu qəti razı salmır. “Sumqayıt”la son oyunda da Papazoğlu ciddi səhvləri ilə yadda qaldı. Düzdür onun  “Zirə” ilə müqaviləsi var. Lakin müəyyən məbləğ qarışılığında bu müqaviləyə xitam vermək olar. Ən pis halda futbolçunu əvəzedici komandaya göndərmək olar.