
“Qəbələ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR
- 30 İyn 2022 12:45
- 426
“Qəbələ” 2022/23 mövsümü üçün yeni formalarını təqdim edib.
Rekord.az xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.
Əyalət təmsilçisi adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.
"Qəbələ" yeni mövsümdə Azərbaycanın Avropa Konfrans Liqasında təmsil edəcək. "Qırmızı-qaralar" bu turnirin 2-ci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.





