“Qəbələ” bu həftə Premyer Liqada 23-cü turundan təxirə salınan oyununa çıxacaq.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” öz meydanında “Qarabağ”la qarşılaşacaq.

Fevralın 28-də baş tutacaq görüş rəqiblər arasında ümumilikdə 76-cı duel olacaq. Komandalar indiyədək bütün turnirlərdə 75 dəfə üz-üzə gəliblər. 

Bu oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib, 41 matçdan xalsız ayrılıb. 57 qol vuran “Qəbələ” öz qapısından 122 top buraxıb.

Premyer Liqada 61-ci dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 35 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 98 top buraxıb.

“Qəbələ” 38-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki ev oyunlarında 9 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 33 top keçirən “Qəbələ” 50 qola üzülüb.

Fevralın 28-də baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.