
"Qəbələ rəhbərliyi çətin durumda: qalmaq istəyənlər daha artıq pul tələb edir
- 12 May 2023 12:00
- 544
Avrokuboklara vəsiqə qazanmaq şansı yüksək olan "Qəbələ" legioner futbolçularının bəziləri ilə ilkin razılığa gəlsə də, bəziləri ilə ortaq məxrəcə gəlmək mümkün deyil.
Rekord.az-a daxil olan məlumata görə, səbəb həmin futbolçuların cari mövsümlə müqayisədə daha çox maaş tələb etməsidir.
Komanda avrokuboklara vəsiqə qazanarsa, həmin əcnəbilərin dili daha da açılacaq. Məlum məsələdir, elə də böyük büdcəsi olmayan kluba avrokuboka vəsiqə qazandıran futbolçu növbəti mövsüm üçün daha çox əmək haqqı tələbində haqsız görünmür.