2-ci Liqada 23-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Xankəndi” “Dinamo”nu, “Quba” “Şirvan”ı məğlub edib. “Şəki” “Araz Saatlı”ya böyük hesabla uduzub, “Qaradağ Lökbatan” isə “Şəmkir”ə böyük hesabla qalib gəlib.

Daha öncə “Ağdaş” “Ağstafa Gəncləri”nə uduzub (0:1), “Kür-Araz” “Göygöl”ə qalib gəlib – 2:0.

İkinci Liqa
23-cü tur

20 aprel

“Xankəndi” – “Dinamo” 2:1
Qollar: Emin Quliyev, 13. Bəhruz Teymurov, 90+2 - Fizuli Dəmirov, 88.

“Quba” – “Şirvan” 3:1
Qollar: Ramin Məhərrəmov, 19. İbrahim İbrahimli, 41. Raul Zeynallı, 58 - Qərib İbrahimov, 84.

“Şəki” – “Araz Saatlı” 1:8
Qollar: Saleh Süleymanov, 39 - Elariz Xəlilli, 4; 24; 67, Xəyal Bədirov, 11. Mehman Məsimov, 43; 68; 81. Nizami Səmədov, 83.

“Qaradağ Lökbatan” – “Şəmkir” 9:1
Qollar: Fərid Abbaslı, 2, Ramil Orucov, 10. Ayaz Mikayılov, 21-pen. Sabir Allahquliyev, 50; 89; 90+1. İlkin Əliyev, 63. İman Müseyibov, 88-öz qapısına. İbrahim Ağayarov, 90+3.