"Qarabağ"la oyunda "Neftçi"nin qapısını kimin qoruyacağı hələlik məlum deyil.

Rekord.az-a daxil olan məlumata görə, "Qalatasaray"la oyunda kobud səhvlər edən Aqil Məmmədovun Ağdam klubuna qarşı meydançaya çıxması sual altındadır.

Baş məşqçi Füzuli Məmmədov "Qarabağ"la oyunda çərçivəni Səlahət Ağayevə etibar etmək istəyir.