“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.


Rekord.az xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qapıçını DÇ-2026-nın Finlandiya ilə seçmə mərhələ matçının heyətinə daxil etməyib.


Bu barədə Polşa mətbuatı məlumat yayıb.


Azərbaycan klubunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.


Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.