"Qarabağ"la müqaviləsi başa çatan futbolçulardan biri də Şahruddin Məhəmmədəliyevdi.


Rekord.az xəbər verir ki, ötən yay "Adana Dəmirspor" klubundan qayıdan rusiyalı əlcək sahibi ilə 1 illik müqavilə bağlanmışdı.


Hazırda suaı doğuran məqam onun komandada qalıb-qalmayacağı ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, Şahruddinlə yeni müqavilə imzalanacaq və o ən azı daha 1 il Ağdam təmsilçisində forma geyinəcək.