
“Qarabağ”da ciddi itki
- 13 Okt 2022 22:26
- 530
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Yunanıstan "Olimpiakos"una qarşı keçirilən oyunda ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Kadi Borges zədələnib.
26 yaşlı yarımmüdafiəçi ayağından xəsarət alıb. 10-cu dəqiqədə zədələnən braziliyalı oyunçu meydanda qalsa da, matçı sona çatdıra bilməyib. Onun yerinə meydana 62-ci dəqiqədə Filip Ozobiç daxil olub.