
“Qarabağ” Ukrayna klubu ilə qarşılaşacaq
- 23 İyn 2025 18:00
- 209
"Qarabağ"ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Metalist" klubu ilə üz-üzə gələcək.
Xarkov təmsilçisinin mətbuat xidməti açıqlayıb ki, qarşılaşma iyulun 7-də keçiriləcək.