Premyer Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Turan Tovuz” oyununun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq.


Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.


Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.


Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn satışdadır.


Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.


Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.