Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə start verib.

Rekord.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde” ilə qarşılaşıb.

Hər iki komanda avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlamışdı. “Qarabağ” 2-ci təsnifat mərhələsində “Rakuv”a, Norveç çempionu isə “Qalatasaray”a məğlub olmuşdu. Bu rəqiblə oyun Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Bu gün baş tutan qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edib və 4:0 hesabıyla qalib gəlib.

Avropa Liqası
H qrupu

21 sentyabr

"Qarabağ” - "Molde" 1:0
Qol: Leandro Andrade, 56.
Baş hakim: Con Bitona (Şotlandiya).
Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Molde: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus Eykrem (k).
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 34. Peder Lervik, 4. Kristian Kappis, 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 10. Erik Kitolano, 19. Eyrik Haquan, 20. Kristian Eriksen, 21. Martin Linnes, 22. Maqnus Qrödem, 33. Niklas Edeqor.
Baş məşqçi: Erlinq Moe.