Əliyar Ağayevin "Sumqayıt"la oyunda "Qarabağ"ın futbolçusu Filip Ozobiçin aşkar kobudluğuna göz yumması, birbaşa qırmızı vərəqəlik hərəkəti sarı vərəqəlik hesab etməsi geniş müzakirələrə yol açdı. 

Rekord.az xəbər verir ki, əksəriyyət bu hərəkəti "Qarabağ"a simpatiya kimi dəyərləndirərək hətta Ağayevi "Qarabağ"ın hakimi" də adlandırdı.

Saytımıza daxil olan məlumata görə, yaşananlar "Qarabağ" rəhbərliyini, baş məşqçi Qurban Qurbanovu də ciddi narahat edir. Məhz buna görə Ağdam klubu AFFA-ya müraciət edərək bir müddət onların oyunlarına Əliyarın təyin olunmamasını xahiş edib.