“Qarabağ” “Dinamo”ya məğlub oldu
- 22:58
- 35
“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Avropa Liqası ilə vidalaşan Azərbaycan təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirir.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.
Ukrayna nəhəngi ilə ilk görüş Polşada baş tutub. Matçı danimarkalı hakimlər briqadası idarə edib. Ağdam klubu bu görüşdə minimal hesabla məğlub olub.
Cavab oyunu gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cütün qalibi növbəti raundda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust
Dinamo (Kiyev) – Qarabağ 1:0
Qol: Matvey Ponomarenko, 10.
Baş hakim: Morten Kroq (Danimarka).
Polşa. “Motor Lyublin Arena”.
Dinamo: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 6. Vladimir Brajko, 11. Matvey Ponomarenko, 15. Valentin Rubçinski, 21. Yustin Lonveyk, 32. Taras Mixavko, 39. Eduardo Gerrero, 44. Vladislav Dubinçak (k), 70. Boqdan Reduşko, 94. Tomas Kedziora.
Ehtiyat oyunçular: 35. Ruslan Neşçeret, 43. İlya Olxovi, 7. Andrey Yarmolenko, 8. Aleksandr Pixalyonok, 9. Nazar Voloşin, 10. Mikola Şaparenko, 18. Aleksandr Tımçik, 22. Vladislav Kabayev, 29. Vitali Buyalski, 40. Kristian Bilovar, 66. Aliu Tiare, 99. Pyer Munqenqe.
Baş məşqçi: İqor Kostyuk.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 21. Aleksey Kaşuk, 25. Cebrail Makretskis, 29. Renaldo Sefas, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 55. Bədavi Hüseynov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.