Dünən Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub. 

Rekord.az xəbər verir ki, çempionluğu erkəndən rəsmiləşən "Qarabağ" sonuncu - 28-ci turda ikinci pillənin sahibi "Neftçi"ni qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın futbolçusu Qara Qarayev görüş haqda fikirlərini bölüşüb:

"Hər kəsi təbrik edirəm. Üstümüzdə fərqli məsuliyyət var idi. Uğurlu mövsüm keçirdik. Builki kollektivimiz daha da təkmilləşib. Fərqli yanaşma oldu. Çempion olduqdan sonra məsuliyyət artır. Həm adı qoruyub-saxlamaq, həm də ölkəni avrokuboklarda təmsil etmək lazımdır. Bizə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Hər kəs əziyyət çəkdi.

Mənim üçün sabitlik önəmlidir. İl ərzində fərqli yükjlənmələr olur. Heç vaxt oyunumdan razı olmuram. Daha yaxşısını etməyə çalışıram".

Qarayev "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə danışmağın çətin olduğunu vurğulayıb: "Tək matçlar bir az çətin olur. Şanslar bərabərdir. Əlimizdən gələni etmək istəyirik ki, kuboku da qazanıb, "qızıl dubl" edək. Ciddi hazırlaşacağıq".