
PSJ-nin baş məşqçisi Neymarla Mbappenin münasibətləri haqda
- 13 Okt 2022 16:45
- 384
PSJ-nin baş məşqçisi Kristof Qalte komandanın hücumçuları Neymar və Kilian Mbappenin münasibəti ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, baş məşqçi, PSJ-nin başqa variantlar hazırlamalı olduğunu deyib:
“Neymar və Mbappe arasında əlaqə var, yaxşı işləyirlər, statistika da bunu təsdiqləyir. Amma PSJ-nin başqa variantları da olmalıdır. Əks halda, rəqiblərimizin hücumumuzu bağlaması çox asan olacaq.
Başqa həll yollarını, məsələn, cinahlarda axtarmalıyıq. Lionel Messi soldan hücumlarımızı idarə edə bilir. Oyunumuzu daha rəngarəng etmək üçün mövqe oyunu üzərində də işləyirik”.
PSJ 10 turdan sonra 26 xal toplayaraq, Fransa çempionatının turnir cədvəlində birinci yerdədir.